Ərzaqların qışa saxlanması. Ev şəraitində konservləşdirmə

Meyvə və tərəvəzlər vitamin, mineral və karbohidratlarla zəngin qida məhsuludur. Amma bu qidaməhsulları mikroorqanizmlərin təsiri nəticəsində tez xarab olur və keyfiyyətini itirir.
Meyvə və tərəvəz, əsasən, cənub ərazilərdə yetişdirilir. Ona görə də konservləşdirmə (şəkil 1) ilboyu və ölkənin bütün ərazisində istifadə imkanı yaradır.
Konservləşdirmə nədir?
Konservləşdirmə qida məhsullarını zərərli mikroorqanizmlərin həyat fəaliyyətini dayandırmaqla qoruyub saxlamaqdır. Yeyinti məhsullarının saxlama müddətinin uzadılmasının bəzi digər üsulları da konservləşdirməyə aiddir.
Davamı →

Banka və qapaqları necə sterilizə etmək lazımdır?

Ev şəraitində qışa müxtəlif mürəbbə, turşular, kompotlar və s. tədarük edəndə banka və qapaqların düzgün sterilizə edilməsi çox vacibdir. Bu ev konservlərinin uzun müddət ərzində qalmasını təmin edir. Banka və qapaqları sterilizə etmək üçün sizə 2 üsul təqdim edirik.

1. Qaynatmaqla
Bankaları və qapaqları qabyuyan vasitə ilə yaxşı yuyun və yaxalayın. Bankaları qapaqlarla birlikdə enli qazana yığın, üzərinə çıxana qədər su tökün, 10-15 dəqiqə qaynadın. Bankaları istifadə edənə qədər suda saxlayın.
Davamı →

Pomidorun müxtəlif üsullarla qışa saxlanılması


1.
Tam yetişmiş, sağlam pomidorların qabığı soyulur. Bunun üçün pomidorların üstünə əvvəlcədən qaynaq su töküb 20 dəqiqə saxlamaq lazımdır. Soyulmuş pomidorlar 1 litrlik bankalara yığılıb üzərinə 1 xörək qaşığı duz tökülür. Bankanın qapağı örtülüb qaynar suda 15-20 dəqiqə sterlizsiya olunur.

2. Pomidor və qırmızı bibər eyni miqdarda götürülüb yuyulub təmizlənir. Ət maşınından keçirilib dərin və qalın qazanda bişirilib bankalara doldurulur. Ehtiyat tədbirləri məqsədilə 5-10 dəqiqə sterlizasiya olunur.
Davamı →